Ru
Bakı
USD
EUR
GBP
RUB

Astara Olimpiya-İdman Kompleksində şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları keçirilib

news photo

01.02.2019 10:14 // İdman

Astara Olimpiya-İdman Kompleksində şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları keçirilib.

Youthportal.az xəbər verir ki, keçirilən yarışda ölkəmizin 36-dan çox şəhər və rayonunu təmsil edən 260 şahmatçı iştirak edib.

Reqlamentə əsasən, turnir cədvəlini ilk 5 pillədə başa vuran şahmatçılar ölkə birinciliyinə vəsiqə qazanıblar.Yarışda Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 30 zəka sahibi də mübarizə aparıb və onlardan 8-i müxtəlif yaş qruplarında uğur qazanaraq ölkə birinciliyində iştirak etmək hüququ əldə ediblər.

Belə ki, 8 yaşlı qızların mübarizəsində Nigar Qənbərli (1181) 9 oyunda 6 xal toplayaraq turnir cədvəlini 5-ci pillədə başa vurub və vəsiqəni təmin edib. Bu nəticəni 10 yaşlı oğlanların mübarizəsində Hüseyn Qənbərli (1262) də təkrarlayıb. 12 yaşlı oğlanların mübarizəsində isə Seyid Hüseyn (1525) 7 xalla öz yaş qrupunda çempion olub. Bu yaş qrupunda digər iki idmançımız Uğur Həsənli (1287) və Zahid Allahverdiyev (1534) 6,5 xalla 4 və 5-ci pillələri bölüşüblər. 14 yaşlı qızlarda Nəsrin Babayeva (1427) 7 turdan sonra 5,5 xal toplayaraq çempion adını qazanıb. Bu yaş qrupunda oğlanların mübarizəsi daha gərgin olub. Belə ki, Sadiq Qarayev (1743) liderdən çəmi yarı xal az toplayıb və 6,5 xalla üçüncü yerlə kifayətlənib. Eyni zamanda bu yaşda Ərturan İsmayılov (1478) 6 xal qazanıb və ölkə birinciliyinə vəsiqəni təmin edib.

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi