Ru
Bakı
USD
EUR
GBP
RUB

Aşqarlar Kimyası İnstitutunun əməkdaşları üçün maarifləndirici seminar (FOTO)

news photo

18.10.2019 13:14 // Təhsil

“Clarivate Analytics” şirkəti AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşları üçün maarifləndirici seminar təşkil edib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, seminar “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” və “Yırtıcı jurnallarla mübarizə” mövzularına həsr olunub.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru, professor Mirzə Mövsümzadə elmi işçilərin məqalə yazması, çap etdirməsi baxımından seminarın faydalı olacağını deyib.

“Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tədbir iştirakçılarına “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, dərc ediləcək məqalələr qarşısında qoyulan tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktik məsələlərlə bağlı məlumat verib.

Sonda məruzəçi mövzu ətrafında sualları cavablandırıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi