Ru
Bakı
USD
EUR
GBP
RUB

Aşqarlar Kimyası İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib

news photo

12.12.2019 15:01 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə Qəbul Planı”na əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.

Aşqarlar Kimyası İnstitutundan Youthportal.az-a bildirilib ki, elmi müəssisəyə fəlsəfə doktoru hazırlığı proqramı üzrə 4 yer (2 yer doktoranturaya, 2 yer dissertanturaya), elmlər doktoru hazırlığı proqramı üzrə 3 yer ayrılıb.

Sənədlər dekabrın 28-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Dövlət İmtahan Mərkəzində (DİM) imtahan verməlidirlər. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanında iştirak edə bilərlər.

Əlavə informasiyanı www.science.az saytından əldə etmək olar.

Xatırladaq ki, fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra DİM-in saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

Xarici dildən imtahanların müəyyən olunmuş proqram əsasında DİM tərəfindən 2020-ci il yanvarın 10-dan 15-dək keçirilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi