Ru
Bakı
USD
EUR
GBP
RUB

“ASAN qatar”ın növbəti dayanacağı Lənkəran şəhəridir

news photo

03.07.2019 14:24 // Cəmiyyət

Iyulun 1-dən “ASAN qatar” Lənkəran rayonunun sakinlərinə səyyar xidmətə başlayıb. Bir ay müddətində xidmətin imkanlarından Lənkəranla yanaşı, qonşu rayonların sakinləri də yararlana biləcək.

Youthportal.az AZƏRTAC-a istinadla xəbər verir ki, ikinci dəfədir Lənkərana gələn səyyar “ASAN qatar” şəhər dəmir yolu stansiyasında vətəndaşlara xidmət göstərir.

“ASAN qatar” gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla üç vaqondan ibarətdir.

Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat və innovativ üsullarla təqdim olunması, əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

“ASAN qatar”a daxil olan vətəndaş dinlənilir və onun müraciəti aidiyyəti üzrə xidmət vaqonunda təmin olunur.

Vətəndaşlar əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları, digər xidmətlərlə yanaşı, qan qruplarını müəyyən etmək üçün də müraciət edirlər.

Xidmətlər dörd dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Əhaliyə əsas xidmətlərlə yanaşı, funksional yardımçı xidmətlər də göstərilir.

Səyyar “ASAN qatar” iyulun 30-dək Lənkəranla yanaşı, ətraf rayonların sakinlərinə də müvafiq xidmətlər göstərəcək.

Lənkərandan sonra “ASAN qatar” Qazax rayonuna yola düşəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi