Ru
Bakı
USD
EUR
GBP
RUB

"ASAN Peşə" Təhsil Mərkəzi ilə tanışlıq

news photo

25.05.2018 13:31 // Təhsil

Mayın 24-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi və Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir şəhərinə səfər edib.

Youthportal.az xəbər verir ki, səfər çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüş keçirilib və burada peşə təhsilinin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Mingəçevir şəhərində fəaliyyət göstərən Peşə Məktəbinə gəlib, məktəbin kollektivi, infrastrukturu və maddi-texniki bazası ilə tanış olub.

Daha sonra "ASAN Həyat" kompleksinə daxil olan və gələn tədris ilində fəaliyyətə başlayacaq "ASAN Peşə" Təhsil Mərkəzinə baxış keçirilib.

"ASAN Peşə" Təhsil Mərkəzi müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, "ASAN Peşə" Təhsil Mərkəzində 4 istiqamət - elektrik, mexanik, santexnik, tikişçi ixtisasları üzrə  tədris aparılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava proqnozu

Sabah hava buludlu olacaq

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi