Ru
Bakı
USD
EUR
GBP
RUB

“ASAN könüllüləri”nin növbəti qrupu Binəqədi RİH-də təcrübə keçir (FOTO)

news photo

05.08.2018 11:47 // Gənclər üçün

“ASAN könüllüləri”nin növbəti 14-cü qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb.

Youthportal.az xəbər verir ki, “ASAN Könüllüləri" Gənclər Təşkilatının Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan 14-cü qrupunun üzvləri ilə görüş keçirilib.

Könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara Rayon İcra Hakimiyyətinin, o cümlədən, 1646 – Sakinlərin Müraciət Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra könüllülər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıblar.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi