Ru
Bakı
USD
EUR
GBP
RUB

ASAN Könüllüləri üçün ikinci təlim proqramı yekunlaşıb

news photo

28.12.2016 17:00 // Cəmiyyət

Azər Türk Bank və “ASAN School” könüllülük məktəbinin əməkdaşlığı çərçivəsində davamlı olaraq 1 ay ərzində həyata keçirilən Bankçılıq təlimləri başa çatıb.

Bankdan verilən məlumata görə, birgə təşkilatçılıq ilə “Master 2” pilləsi üzrə keçirilmiş təlimlərin məqsədi ASAN könüllülərinin iqtisadiyyat və maliyyə üzrə təhsil almış üzvlərinin ixtisasları üzrə praktik biliklərinin genişləndirilməsinə, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Proqram çərçivəsində təşkil olunan təlimlər zamanı Azər Türk Bankın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, marketinq, PR və bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərib, onları maraqlandıran sualları cavablandırıblar.

Proqramın iştirakçısı olmuş könüllülər təlimlərdə əldə etdikləri bilik və bacarıqların onların şəxsi inkişafını təmin edilməsində mühüm rol oynayacağını, gələcək fəaliyyətləri üçün stimul yaradacağını ifadə ediblər.

Qeyd edək ki, təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq və uğurlu nəticə göstərən könüllülər Azər Türk Bankda təcrübə keçmək imkanı qazanacaqlar. Təlimlərin gələcəkdə də müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Digər xəbərlər

Xəbər lenti

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi