Ru
Bakı
USD
EUR
GBP
RUB

“ASAN könüllü”ləri Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçiblər

news photo

17.04.2019 13:41 // Gənclər üçün

Aprelin 17-də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 16 – ci qrup “ASAN könüllü”ləri ilə görüş keçirilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, ictimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nicat Allahverdiyev və 16-ci qrup “ASAN könüllü”ləri iştirak ediblər.

Son illərdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsat aldığını qeyd edən Elxan Allahverdiyev ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini bildirib. E.Allahverdiyev ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının dövlətimizin başçısı İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib.

Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi