Ru
Bakı
USD
EUR
GBP
RUB

Arxeoloqlar Misirdə qədim sərdabaları olan məzarlıq aşkar ediblər

news photo

16.08.2017 18:16 // Dünyada

Arxeoloqlar Misirin cənubunda qazıntılar zamanı yaşı təxminən iki min il olan üç sərdaba aşkar ediblər.

Misirin Qədim Abidələr Ali Şurasının KİV-lərə verdiyi məlumata görə, sərdabalar Qahirədən cənubda - Əl-Minya əyalətinin Al-Kamil Saxaravi ərazisində yerləşən qəbiristanlıqda tapılıb.

AZƏRTAC xəbər verir ki, sərdabaların içində bir neçə daş tabut, həmçinin gildən düzəldilmiş əşyaların qalıqları tapılıb. Arxeoloqların qayanı çaparaq çətinliklə daxil olduqları məqbərələrdən birində insan sifətinin forması təsvir edilən 4 daş tabut aşkar edilib. Başqa məqbərədə ekskavator 6 qəbir taxçasına sancılıb, onlardan birinin körpə uşaq qəbri olduğu ehtimal olunur. Sərdabalarda kişi, qadın və uşaq sümüklərinin qalıqları da tapılıb.

Məzarlığın tapıldığı yerdə ilk tədqiqatlara 2015-ci ildə başlanılıb. Alimlər məzarlığın əsası e.ə. 525-ci ildə qoyulan və yunan-Roma dövründə (e.ə. 332-ci ildən IV əsrədək) davam edən 27 sülaləyə aid olduğunu təxmin ediblər.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi