Ru
Bakı
USD
EUR
GBP
RUB

“Artım”da növbəti ustad dərsləri moda və incəsənətə həsr ediləcək

news photo

05.09.2019 18:41 // Cəmiyyət

Sentyabrın 7-dən 27-dək “Artım” layihə məkanında gənc modelyer-rəssam Əhməd Nəbiyevin rəhbərliyi ilə “Moda və incəsənət” adlı ustad dərsləri keçiriləcək.

Youthportal.az xəbər verir ki, məşğələlər moda sənayesi sahəsində həm nəzəri, həm də praktiki biliklərin çatdırılmasını nəzərdə tutur.

Məşğələlərdə moda sahəsinin xüsusiyyətləri, ixtisasların istiqamətləri və müxtəlifliyi haqqında məlumat veriləcək, dizayner ixtisası təhlil ediləcək. Bütün məşğələlərdə iştirak edənlərə sonda sertifikatlar təqdim olunacaq. Tədbir yerli brend olan MMMDN-nin təsisçisi Fidan Sadıqla birlikdə keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi