Ru
Bakı
USD
EUR
GBP
RUB

Arif Rəhimov: Builki Azərbaycan Qran Prisi Formula 1-in tarixində ən mürəkkəb yarışdır

news photo

27.04.2019 17:50 // Formula 1

Builki Azərbaycan Qran Prisi Formula 1-in tarixində ən mürəkkəb yarışdır. Bunu mərhələnin promouteri Arif Rəhimov deyib.

A.Rəhimov deyib: "Trasda təhlükəli kombinasiyalar, şəhərin özünəməxsus landşaftı trası mürəkkəbləşdirir. Pilotların rəyləri, eləcə də Beynəlxalq Avtomobil Federasiyası ilə söhbətlər zamanı da təsdiq edirlər ki, başqa belə bir mürəkkəb tras yoxdur".

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi