Ru
Bakı
USD
EUR
GBP
RUB

Arif Məlikovun “Məhəbbət əfsanəsi” XXII Beynəlxalq Balet Sənəti Festivalında nümayiş etdiriləcək

news photo

13.09.2019 12:42 // Cəmiyyət

Sentyabrın 13-də Başqırd Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

Youthportal.az teatrın saytına istinadla xəbər verir ki, əsər Rudolf Nureyev adına XXII Beynəlxalq Balet Sənəti Festivalı çərçivəsində nümayiş olunacaq. Əsas partiyaları Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Mariya Vinoqradova (Şirin) və Mixaylov Teatrının premyeri İvan Vasilyev (Fərhad) ifa edəcək. Baletin quruluşçu dirijoru Başqırdıstanın Əməkdar İncəsənət Xadimi German Kimdir.

Xatırladaq ki, sentyabrın 7-dən başlanmış XXII Beynəlxalq Balet Sənəti Festivalı bu ayın 24-dək davam edəcək.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) olub. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi