Ru
Bakı
USD
EUR
GBP
RUB

“Aqrar İnnovatorlar” layihəsinin icrasına başlanılıb (FOTO)

news photo

28.11.2019 14:34 // Gənclər üçün

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə “Aqrar İnnovatorlar” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi innovasiyanın aqrar sahədə tətbiqi, nanotexnologiyanın Azərbaycanda inkişaf perspektivləri, kənd təsərrüfatında elmi yanaşmanın gətirdiyi imkanlardan düzgün istifadənin təşviqinə dəstəkdir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Youthportal.az-a bildirilib ki, layihənin icrası ilə bağlı keçirilən tədbirdə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə könüllülərin fəaliyyəti, onların cəmiyyətə verdiyi faydalardan bəhs edib. Bildirib ki, qısa zaman ərzində aqrar könüllülər bu istiqamətdə ciddi fəaliyyətə başlayıb. “Aqrar İnnovatorlar” layihəsinin son texnoloji trendlərin istifadəsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Süleymanov aqrar sektorda müasir yanaşmaların tətbiqi prosesində gənclərin fəal iştirak etdiyini, onların bu sahəyə yönəlməsində “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının mühüm rol oynadığını vurğulayıb. O, layihənin icrasında iştirakçılara uğurlar arzulayıb.

Aqrar Elm və İnnovasiyalar Mərkəzinin Aqrar innovasiya siyasətinin təşkili şöbəsinin müdiri Anar Cəfərov və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin Startaplarla iş üzrə bölmə rəhbəri Tengiz Ağakişiyev innovatorluğun, rəqəmsal alətlərin inkişafının bütün sahələrə müsbət təsir göstərdiyini, gənclərin texnoloji nailiyyətlərdən maksimum istifadə etmələrini tövsiyə ediblər.

Sonda iştirakçılara layihənin fəaliyyət proqramı, təlim mövzuları və səfər ediləcək məkanlar haqqında məlumat verilib.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi