Ru
Bakı
USD
EUR
GBP
RUB

"Apple"ın həmtəsisçisi yeni tədris platforması yaradıb

news photo

17.10.2017 13:37 // Dünyada

1976-cı ildə Stiv Cobsla birgə "Apple" şirkətini təsis edən Stiv Voznyak yeni biznes - "Woz U" tədris platforması yaradıb.

Youthportal. az "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, yeni layihə İT sahəsində zəruri olan biliklərin öyrədilməsi və texnologiya sahəsində məşğulluğun populyarlaşmasına xidmət edəcək.

S.Voznyak bütün dünya üzrə ən müxtəlif sahələrə (proqram təminatının hazırlanmasından kibertəhlükəsizliyə qədər) dair kurslar təklif edən 30 tədris mərkəzini zaman keçdikcə şəbəkəyə çevirmək istəyir.

"Woz U" təhsil alacaq şəxslərə mentorlar, habelə şəxsi İT şirkətini qurmaq istəyənlərə startap-akselerator qurmağı təklif etmək niyyətindədir.

"Woz U"-nun əsas məqsədi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahəsində karyeraya həvəsi artırmaqdır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi