Ru
Bakı
USD
EUR
GBP
RUB

"Apple" yeni "iPhone" modellərini təqdim edib

news photo

11.09.2019 10:19 // High-tech

"Apple" şirkəti Kupertinoda keçirilən təqdimat zamanı yeni "iPhone11", "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" smartfonlarını təqdim edib.

Youthportal.az xəbər verir ki, yeni model telefon 12 meqapiksel icazəli daha bir kamera əlavə edilib. Bu kameraya "Night Mode" rejimi əlavə ediləcək, bu isə qaranlıqda çəkilmiş fotoların keyfiyyətinin artacağı deməkdir. Həmçinin model ikiqat optik zumla təchiz ediləcək. Kameralardan biri genişbucaqlı olacaq.

Kamera saniyədə 60 kadr sürəti ilə 4K formatında videolar çəkmə qabiliyyətində olacaq. Telefonun ön kamerası isə yavaşıdılmış çəkiliş rejimində videolar çəkə biləcək.

Bundan əlavə, "iPhone 11" 6,1 düym dioqanallı "Liquid Retina" displeyi ilə təchiz ediləcək. "iPhone 11" "iPhone XR" ilə müqayisədə 1 saat daha çox işləyəcək.

Smartfon 6 rəngdə satışa çıxarılacaq. Telefonun qiyməti 699 dollar olacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi