Ru
Bakı
USD
EUR
GBP
RUB

“Apple” üç yeni model təqdim edəcək

news photo

28.08.2018 15:45 // High-tech

“Apple” şirkəti yaxın zamanlarda üç yeni “iPhone” smartfonu təqdim edəcək.

Youthportal.az Bloomberg-ə istinadla xəbər verir ki, yeni modellər dizayn baxımından “iPhone X” seriyasına bənzəyəcək.

Flaqman modeli 6,5 düymlük “OLED” displeylə təchiz ediləcək. Bu, “Apple”ın mövcud modellərindən və ümumi olaraq mobil telefon bazarında ən böyük smartfonlardan biri olacaq. O də “iPhone X” kimi ikili kameraya malik olacaq.

İkinci modelin displeyi 5,8 düymdür. Onun əsas üstünlüyü şəkilləri yüksək keyfiyyətlə çəkməsi olacaq.

“iPhone 8”i əvəz etmək üçün hazırlanan üçüncü modelin qiyməti ucuz olacaq. Bu model ucuz LCD texnologiyasına aid 6,1 düymlük ekran ilə təchiz ediləcək. O, 2013-cü ildə istehsal edilən “iPhone 5c”ə bənzəyəcək.

Bildirilib ki, 6,5 və 6,1 düym ekranlı smartfonlar iki simkartlı olacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi