Ru
Bakı
USD
EUR
GBP
RUB

“Apple” şirkəti “iPhone 8” smartfonunun qüsurunu etiraf edib

news photo

05.09.2018 17:35 // High-tech

“Apple” korporasiyası “iPhone 8” smartfonlarının qüsurlu partiyasını aşkar edib. Həmin qurğularda sistem lövhəsi xarabdır.

Korporasiyanın saytında texniki dəstək səhifəsində yazılıb ki, istehsal qüsuru 2017-ci ilin sentyabrından 2018-ci ilin martınadək ABŞ, Avstraliya, Çin, Hindistan, Yaponiya, Yeni Zelandiya və başqa ölkələrdə satılmış az sayda qurğuda qeydə alınıb.

Youthportal.az “ICTnews” istinadla xəbər verir ki, zavod qüsuruna görə sözügedən telefonlar birdən yenidən yüklənə, dona, hətta açılmaya bilər.“Apple” korporasiyası qüsurlu smartfonları ödənişsiz təmir etməyə dair söz verib. Bundan başqa qeyd edilib ki, bu problem “iPhone 8 Plus” və şirkətin başqa modellərində qeydə alınmayıb.Korporasiyanın saytında təmirə ehtiyacı olan “iPhone 8” modelləri haqda öyrənmək olar. Bunun üçün qurğunun alındığı region və seriya nömrəsini qeyd etmək lazımdır.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi