Ru
Bakı
USD
EUR
GBP
RUB

“Apple” doqquz ildir ən bahalı brendlər reytinqinə başçılıq edir

news photo

23.05.2019 16:16 // High-tech

Amerikanın “Apple” kompaniyası ardıcıl olaraq doqquz ildir “Forbes” jurnalının ən bahalı brendlər reytinqinə başçılıq edir.

Youthportal.az xarici KİV-lərə istinadla xəbər verir ki, “Apple” brendinin dəyəri 205,5 milyard dollar həcmində qiymətləndirilir. Bu da ötən illə müqayisədə 12 faiz çoxdur. Həmçinin tarixdə ilk dəfə brendin qiymətləndirilməsi 200 milyard dolları keçib.

“Apple” kompaniyasından əlavə texnoloji sektorun “Google”, “Microsoft”, “Amazon” və “Facebook” kompaniyaları da liderlər beşliyinə daxil olub. “Google” brendi 167,7 milyard dollar (+27 faiz), “Microsoft” brendi isə 125,3 milyard dollar (+20 faiz) dəyərində qiymətləndirilib. “Amazon” brendi 2019-cu ildə bir pillə irəliləyərək dördüncü yerə yüksəlib. “Forbes”in versiyasına görə, brendin dəyəri ötən illə müqayisədə 37 faiz artaraq 97 milyard dollar təşkil edir.

Son illər dəyəri azalan yeganə IT-brendi dördüncü yerdən beşinci yerə enən “Facebook” olub. Sosial şəbəkə brendinin dəyəri 6 faiz azalaraq 88,9 milyard dollara düşüb. Aktiv istifadəçilərinin sayı 2,4 milyarda çatan “Facebook” brendinin dəyəri personal məlumatların qorunması ətrafında baş verən qalmaqallar səbəbindən azalıb.

İnformasiya texnologiyaları bazarı xaricində ən bahalı brend “Coca-Cola” kompaniyasına məxsusdur. Altıncı yerdə qərarlaşan brendin dəyəri 59,2 milyard dollar həcmində qiymətləndirilir (+3 faiz).

Reytinqdə yerlərin əksəriyyətini Amerika kompaniyaları tutub (56 brend). Siyahıya düşən brendlərin sayına görə növbəti yerlərdə Almaniya (11 brend), Fransa (7 brend) və Yaponiya (6 brend) qərarlaşıb. Yekun reytinqə ümumilikdə 16 ölkənin brendi daxil olub.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi