Ru
Bakı
USD
EUR
GBP
RUB

"Apple" bir sıra yeni xidmətlərini təqdim edib

news photo

26.03.2019 11:52 // High-tech

"Apple" bir sıra yeni xidmətlərini təqdim edib.

Youthportal.az xəbər verir ki, xidmətlərin təqdimat mərasimi Kupertinoda yerləşən Stiv Cobs Teatrında keçirilir.

Apple News +

Şirkət "Apple News" platformasını yeniləyib və indi mobil tətbiq "Apple News +" adlanacaq.

Xidmət müxtəlif jurnalların məlumtlarını göstərəcək: istifadəçilər 300-dən artıq mənbənin məlumatlarından ibarət xəbər lentinə malik olacaqlar.

Xidmətə aylıq abunəlik 9,99 dollara başa gələcək.

Apple Card

Kupertinoda təqdim edilən yeniliklərdən biri "Apple Card" oldu: "Apple" qurğularına bağlanmış virtual kredit kartı. Xidmət "Apple pay" prisipi ilə ödənişlər etməyə imkan verəcək.

Şirkətdən qeyd ediblər ki, "Apple Card"ın fiziki analoqu da olacaq. Maliyyə vasitəsi lakin ABŞ ərazisində işləyəcək.

Apple Arcade

Şirkətin istehsalçıları həmçinin mobil qurğular üçün "Apple Arcade" adlı oyun xidmətini təqdim ediblər.

Platformada 100-dən artıq oyun yerləşdiriləcək. "Arcade" payızda dünyanın 150-dən artıq ölkəsində fəaliyyətə başlayacaq.

Apple TV

Bundan əlavə, "Apple TV" adlı videoplatforma təqdim edilib. Proqram özündə digər striminq xidmətlərindən və telekanallardan serialları, idman yayımlarını və kabel televiziyasını birləşdirəcək.

Yeni xidmət istifadəçiyə onun daha əvvəl izlədiklərinin əsasında kinolar tövsiyə edə biləcək.

Haləki xidmət yalnız 10 dövlətin ərazisində işləyir, lakin gələcəkdə xidmətin daha 90 ölkənin ərazisində işləcəyi planlaşdırılır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi