Ru
Bakı
USD
EUR
GBP
RUB

Apple ağıllı saatlar bazarında böyük fərqlə liderdi

news photo

14.08.2019 13:20 // High-tech

2019-cu ilin ikinci rübü ərzində dünya bazarında ağıllı saatların satışına dair hesabat məlumatları açıqlanıb.

Youthportal.az xəbər verir ki, "Apple" "ağıllı" saatlar bazarında böyük fərqlə lider olaraq qalır və hesabat dövründə 5,7 mln. cihazı reallaşdırıb, halbuki ötən ilin analoji dövrü ərzində satış həcmi 3,8 mln. ədəd təşkil edib.

Bu seqmentdə ikinci yerdə iki dəfə artan satış miqdarı ilə - 2 milyondan artıq "ağıllı" saatla "Samsung"dur.

Üçüncü nəticə "Fitbit" şirkəti tərəfindən göstərilib - onun satışı azalıb və 1,2 milyon saat təşkil edib. Qeyd edək ki, bu üç istehsalçı bazar payının 72,1%-ni zəbt edib.

Ümumilikdə, ikinci rübdə "ağıllı" saatlar bazarı 55,4% artaraq 12,3 mln. reallaşdırılmış qurğuya yüksəlib.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi