Ru
Bakı
USD
EUR
GBP
RUB

Anton Kolobov Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında gənclər arasında qalib olub (FOTO)

news photo

26.05.2019 13:15 // İdman

Rusiya gimnastı Anton Kolobov Bakıda təşkil edilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında gənc gimnastların yarışında fərdi kişi proqramında 21,100 balla fəxri kürsünün ilk pilləsinə yüksəlib.

Youthportal.az xəbər verir ki, yarışda ikinci yeri 20,900 balla ispaniyalı Migel Mane Qabarro əldə edib. Bürünc medalı isə 20,550 balla rumıniyalı gimnast Daniel Tavokun qazanıb.

Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.

Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışırlar.

Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi