Ru
Bakı
USD
EUR
GBP
RUB

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilmişdir (VİDEO)

news photo

29.11.2019 16:28 // Gənclər üçün

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Əziz atam, məni düşün, narkotikə qurban getmə!” adlı maarifləndirici çarx çəkilmişdir.

Youthportal.az xəbər verir ki, Sosial çarx iki məktəbli dostun həyatından bəhs edir. Onlardan birinin – Nurlanın atası 2016-cı ildə aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevdir (sosial çarxda Murad Mirzəyevin oğlu Nurlan Mirzəzadə çəkilmiş, həyat yoldaşı Fizzə xanım Mirzəyeva tərəfindən təqdim edilən kadrlardan istifadə olunmuşdur).  İkinci dostun – Rasimin atası isə narkotik vasitələrdən istifadə nəticəsində vəfat etmişdir.  

Çarxda müəllimənin sinifdə “Mənim atam, mənim qəhrəmanımdır!” mövzusunda inşa yazdırması, bütün uşaqların ataları, o cümlədən Nurlanın atası haqqında fəxrlə yazmaları, atası narkotik qəbulundan ölən Rasimin isə keçirdiyi sarsıntılar, onun gələcəyə olan ümidləri göstərilir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi