Ru
Bakı
USD
EUR
GBP
RUB

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən həyata keçiriləcək layihənin hazırlıq işləri başa çatmışdır

news photo

29.01.2019 10:13 // Gənclər üçün

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Respublikanın Bərdə və Tərtər rayonlarında “Vətənini, özünü, ailəni düşün – Sağlam Yaşa!” adlı layihə həyata keçiriləcəkdir.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, layihənin icra planına uyğun olaraq, adıçəkilən rayonların müvafiq strukturları ilə əlaqə saxlanılmış, hər rayonda 4 təhsil müəssisəsi olmaqla, tədbirlərin cari ilin 12-13 fevral tarixlərində Tərtər rayonunda, 14-15 fevral tarixlərində isə Bərdə rayonunda həyata keçirilməsi razılaşdırılmışdır. Həmçinin layihənin büdcəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə razılaşdırılmaqla, baner və tədbirlərdə paylanılması üçün buklet və dəftərxana ləvazimatı hazırlanmışdır.

Rayonların aidiyyəti strukturlarının, Azərbaycan Respublikası Gənclər Fondunun, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələrinin və müvafiq təhsil müəssisələrinin kollektivlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirlərin icrası başa çatdıqdan sonra ətraflı məlumat veriləcəkdir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bölgələrimizdə kitaba maraq artır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi