Ru
Bakı
USD
EUR
GBP
RUB

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir (FOTO)

news photo

24.05.2019 12:44 // Gənclər üçün

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı layihə çərçivəsində Hacıqabul rayonu Fariz Cəbrayılov adına şəhər 2 nömrəli tam orta məktəbdə, İlqar Ələkbərov adına şəhər 1 nömrəli tam orta məktəbdə, Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbdə, S.Hüseynov adına 1 nömrəli tam orta məktəbə, Sabirabad rayonu N.Nərimanov adına 2 nömrəli tam orta məktəbdə və M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir.

Təşkilatdan Youthportal.az-a bildiirlib ki, tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, şəhər və rayonların icra hakimiyyətlərinin, təhsil şöbələrinin, gənclər və idman idarələrinin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi, məktəb direktorları, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.

Çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.

Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm, karandaş, xətkeş, pozan və dəftər, 9 səhifədən ibarət məlumat) paylanmış, iştirakçılarla söhbət və müzakirələr məktəblərin bufetlərində açılan süfrə ətrafında da davam etdirilmişdir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi