Ru
Bakı
USD
EUR
GBP
RUB

Anadolu Universiteti Azərbaycanda milli mətbuatın yaranmasının 143 illiyi ilə əlaqədar tədbir keçirib (FOTO)

news photo

20.07.2018 10:28 // Siyasət

Bu gün Türkiyənin Anadolu Dövlət Universitetinin, Türkiyənin Azərbaycandakı səfirliyinin və Azərbacan-Türkiyə İş Adamları Birliyinin birgə təşkilati dəstəyilə "Azərbaycanda milli mətbuatın yaranmasının 143 illiyi" münasibətilə tədbir keçirilib.

Youthportal.az xəbər verir ki, Anadolu Universitetinin İKT xidmətləri göstərən Tərəfdaş Qurumunun binasında başlanan tədbirdə universitetin rektoru Naci Gündoğan, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rektor Nacı Gündoğan mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib.

O bildirib ki, Anadolu Universiteti 60 illik tarixə malik dövlət universitetidir.

9 ildir Azərbaycanda fəaliyyət göstədiklərini deyən rektor qeyd edib ki, Anadolu Universiteti Azərbaycanın bir neçə universiteti ilə əməkdaşlıq edir.

Azərbaycan-Türkiyə münasibətlərindən söz açan N.Gündoğan deyib ki, bu əlaqələrin sıxlığı tək sözdə deyil, həqiqətdədir.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral mətbuat nümayəndələrini təbrik edirək söyləyib ki, Anadolu Universiteti ən köklü, dünyada ən çox tələbəyə malik olan ali məktəbdir.

Sonra iştirakçılar universitetin “Məsafəli təhsilin texniki bazası” ilə tanış olublar.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi