Ru
Bakı
USD
EUR
GBP
RUB

Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub (FOTO)

news photo

19.11.2019 12:08 // Təhsil

Dünya Dini Liderlərinin II Bakı Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Sivilizasiyalararası Dialoq və Əməkdaşlıq Fondunun (CECF) təsisçisi və prezidenti İmam Məhəmməd Bəşər Ərəfat Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov qonağa ali təhsil müəssisəsi haqqında geniş məlumat verib, Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, institut dünyanın bir çox ölkəsinin bu sahə üzrə ixtisaslaşmış təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Ceyhun Məmmədov daha sonra institutun tədris sahəsində təcrübə qazanmasında əməkdaşlıq əlaqələrinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Rektor elmi-tədqiqat işlərinin aparılmasının, birgə layihələrin reallaşdırılmasının, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin önəminə toxunub.

Qonaq Sivilizasiyalararası Dialoq və Əməkdaşlıq Fondunun sülh və əməkdaşlığı təşviq edən tolerant mühitin qorunub saxlanılması kimi vacib məsələlərin həyata keçirilməsini qarşısına məqsəd qoyduğunu bildirib.

O, həmçinin ABŞ-da imamlar, alimlər və icma rəhbərləri üçün təşkil edilən təlimlərdən, başlıca qayəsi qarşılıqlı anlaşma əldə etmək, ekstremizm və zorakılığın qarşısını almaq üçün müxtəlif yaş və mədəniyyətlərdən olan insanları bir araya gətirmək olan ABŞ Dövlət Departamentinin Gənclərin Mübadiləsi və Təhsili (YES) Proqramından söhbət açıb.

Amerikalı qonaq institutun müəllim-tələbə heyəti ilə görüşüb. İmam Məhəmməd Bəşər Ərəfat tədbir iştirakçılarına təhsili, ABŞ-da fəaliyyəti, həmçinin işlədiyi vəzifələr haqqında danışaraq, bu müddət ərzində müxtəlif din, dil və irq sahibləri ilə birgə yaşamağın, İslamı düzgün izah etməyin vacibliyini vurğulayıb. O, tələbələrə “Din xadimi, İslam təbliğatçısı necə olmalıdır?” istiqamətində tövsiyələrini verib, ilahiyyatçıların bütün millətlərlə dialoq qurması, mədəniyyətlərarası əlaqələri genişləndirməsi, multikultural və tolerant mühitin təbliği məqsədilə xarici dil öyrənməsinin vacibliyini qeyd edib. Qonaq tələbələrə 68 ölkəni əhatə edən müəllifi olduğu proqramın insanlara mədəniyyətlərarası və sivilizasiyalararası dialoq qurmaq baxımından əhəmiyyətindən danışıb. O, gələcəkdə Aİİ tələbələrinin bu proqramda iştirakını arzu etdiyini bildirib.

Sonra proqramla bağlı video göstərilib. Tədbir sual-cavab və müzakirələrlə yekunlaşıb.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi