Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA-nın Yüksək Texnologiyalar Parkı Çinin “Hua Pei” şirkəti ilə əməkdaşlıq edəcək

news photo

27.03.2017 15:54 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə Çinin “Hua Pei” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AMEA-dan Youthportal-a bildiriblər ki, Çin Xalq Respublikasının Ningbo şəhərində keçirilən “İlk Çin qlobal ekspertlər zirvəsi” forumu çərçivəsində sənədi YTP direktorunun beynəlxalq əlaqələr üzrə müavini Məmməd Bağırzadə və “Hua Pei” şirkətinin baş direktoru Yan Li imzalayıblar.

Müqaviləyə əsasən, iki qurum birgə silisium uçqun mikropiselnli strukturları əsasında innovativ, yeni fotoqəbuledicilər istehsal edəcək.

Ötən il YTP-də beynəlxalq texnologiyaların köçürülməsi, birgə yüksək keyfiyyətli məhsulların yaradılması və təşviqi məqsədilə Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi yaradılıb.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi