Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA-nın Yüksək Texnologiyalar Parkı BP ilə əməkdaşlığa başlayır

news photo

22.04.2019 15:00 // Təhsil

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, strateji inkişaf üzrə direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə və infrastruktur üzrə direktor müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru Elxan Bayramov BP şirkətində olublar.

AMEA-dan Youthportal.az-a bildirilib ki, məqsəd YT Parkda istehsal olunan mühərrik və sürtkü yağları ilə bağlı məlumat verilməsi, həmçinin Strateji Elmi Analitik Sınaq Mərkəzi tərəfindən neft və neft-kimya məhsullarının, istehlak mallarında toksik elementlərin sınağının keçirilməsi və ekspertizası məsələlərinin müzakirəsi olub.

Görüşdə BP-nin Tədarük və təchizatın idarə olunması şöbəsinin nümayəndəsi Samir Tağıyev, kimya mühəndisləri - Kənan Tağıyev, Elnur Abbasoğlu və mexanika mühəndisi İlqar Abbasov iştirak ediblər.

BP rəsmiləri əməkdaşlıq məqsədilə təşkil olunan görüşü yüksək qiymətləndiriblər. Bundan əlavə, şirkət nümayəndələrinin YT Parka biznes turlarının həyata keçirilməsi qərara alınıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi