Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda müdafiə şurasının tərkibi təsdiqlənib

news photo

18.04.2019 16:00 // Təhsil

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası açaraq, Azərbaycan elminin inkişafında əvəzsiz xidməti olan alimlərin adına xatirə nişanlarının təsis edildiyini şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili məsələsinə baxılıb. Riyazi analiz, diferensial tənliklər, optimallaşdırma və optimal idarəetmə, riyazi fizika ixtisasları üzrə ixtisaslaşdırılmış müdafiə şurasının tərkibi təsdiq edilib. Sonra institutun doktorant və dissertantlarının attestasiyası keçirilib. Attestasiyada doktorantura yolu ilə fəlsəfə doktorluğu hazırlığı üzrə müvafiq ixtisaslar üzrə 7 (əyani), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 13, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 9 nəfər iştirak edib.

Sonda M.Mərdanov doktorant və dissertantların elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələrini verib.

Digər xəbərlər

Xəbər lenti

Küləkli hava şəraiti davam edəcək

Atəşkəs rejimi 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi