Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA-nın Mərkəzi Nəbatat Bağının gənc alimi Türkiyədə tədqiqat aparıb

news photo

25.10.2019 18:09 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyev Türkiyənin Qaradəniz Texniki Universitetində 6 ay müddətində araşdırma aparıb.

Mərkəzi Nəbatat Bağından Youthportal.az-a bildirilib ki, tədqiqat coğrafi informasiya sistemləri və məsafədən zondlama texnologiyalarının tətbiqi ilə Samur-Yalama Milli Parkının bitki örtüyünə iqlim dəyişmələrinin təsirini, bu meşələrin karbon və istixana qazlarının tutma potensialının 30 il ərzində dəyişmə dinamikasını əhatə edib. Alim, həmçinin endemik bitkilərin çoxaldılması üçün onların yayılma potensialının olduğu ərazilərin təxmin edilməsi, meşə idarəetməsində tətbiq olunan risk analizləri mövzuları üzrə araşdırma aparıb.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi