Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA-nın magistraturasına qəbul planı təsdiq edilib

news photo

24.05.2019 16:32 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 2019/2020-ci tədris ili üçün qəbul planı təsdiq edilib.

AMEA-dan Youthportal.az-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq olunub. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır.

Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək.

Bu ildən etibarən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub. AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda AMEA-nın magistraturasına ayrılan plan yerlərində (əlavə olunur) göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi