Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA-nın Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağı beynəlxalq əlaqələrini genişləndirir (FOTO)

news photo

09.07.2019 17:34 // Təhsil

İngiltərənin Kil Universitetinin təbiət elmləri şöbəsinin əməkdaşı Piter Tomas və Polşa Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Sistematika və Coğrafiya laboratoriyasının əməkdaşları Monika Derinq və Qrzeqorz İszkulo AMEA-nın Botanika İnstitutunda və Mərkəzi Nəbatat Bağında olublar. Botanika İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Validə Əlizadə və Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyevin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

Botanika İnstitutundan Youthportal.az-a bildirilib ki, görüşdə V.Əlizadə rəhbərlik etdiyi müəssisənin elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında məlumat verib. Qonaqlar institutun Botanika muzeyi, Herbari fondu və laboratoriyaları ilə tanış olublar. Onlar Herbari fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa məlumat bazasına və dünya florasına daxil edilməsi üzrə aparılan fəaliyyət barədə məlumatlandırılıb.

Qonaqlar əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

Səfər müddətində qonaqlar Mərkəzi Nəbatat Bağının əməkdaşları ilə birlikdə ölkəmizin bir sıra təbiət ərazilərinə təşkil olunmuş ekspedisiyalarda iştirak ediblər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi