Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA-nın Biofizika İnstitutunda “Elm günü” qeyd olunub

news photo

17.03.2019 09:00 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda “Elm günü”nə həsr olunan seminar keçirilib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov “Elm günü”nün keçirilməsi ilə əlaqədar ölkə rəhbərinin 2018-ci il 9 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

İnstitutun ekoloji biofizika laboratoriyasının müdiri, professor Tokay Hüseynov çıxış edərək müasir biofizika və biokimyanın aktual problemləri haqqında ətraflı məlumat verib.

Gənc alim Ramiyyə Həsənova isə “Hüceyrə membranlarının komponentləri və fərqləndirici xüsusiyyətləri” mövzusunda məruzəsini təqdim edib.

Biofizika İnstitutunun inteqrativ biologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü İlham Şahmuradov “İnteqrativ biologiya və bioinformatika” mövzusunda təqdimatla çıxış edib.

Seminarda tələbələrin məruzələri dinlənilib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi