Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

news photo

02.12.2019 16:30 // Təhsil

Dekabrın 2-də AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

AMEA-dan Youthportal.az-a bildirlib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında keçirilmiş tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının qadınlar şuralarının sədrləri iştirak ediblər.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev həyatını xalqına, Azərbaycanın inkişafına həsr edib, bütün dövrlərdə ölkəmizin tərəqqisinə, dövlətçilik ənənələrinin qorunmasına, azərbaycançılıq ideologiyasının bərqərar olmasına, milli kadrların yetişdirilməsinə çalışıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi, siyasi, elmi, mədəni cəhətdən güclənməsində göstərdiyi xidmətlərdən danışan akademik Ümummilli Liderin hələ SSRİ dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə respublikanın iqtisadi quruculuğuna xüsusi önəm verdiyini, ittifaq miqyasında nüfuzunu artırdığını deyib.

Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu deyən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, 1993-cü ildə ölkənin çox ağır vəziyyətində xalqın təkidilə ulu öndər yenidən respublika rəhbərliyinə qayıdıb, qısa müddətdə ictimai asayişi bərpa edib. Qeyd edib ki, Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası sayəsində vətəndaş müharibəsinin qarşısı alınıb, Azərbaycanı müasir inkişafa aparan "Əsrin müqaviləsi" imzalanıb, qısa müddətdə ölkənin gəlirləri artıb. AMEA-nın vitse-prezidenti Ümummilli Liderin qətiyyəti nəticəsində ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun başladığını, Azərbaycanın Konstitusiyasının qəbul edildiyini, müvafiq dövlət orqanlarının formalaşdırıldığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli xidmətlərinə görə görkəmli dövlət xadiminin dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbər kimi böyük şöhrət qazandığını vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə çıxış edərək Ulu Öndərin misilsiz xidmətlərindən danışıb, onun hər zaman elmə, təhsilə, Azərbaycan qadınının inkişafına diqqət göstərdiyini bildiriblər.

Daha sonra Toğrul Salmanzadə "Heydər-xalqım" şeirini səsləndirilib.

Sonda "Heydər Əliyev və dövlət qadın siyasəti" filmi nümayiş etdirilib.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi