Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA Yer Elmləri Bölməsinin “ANAS Transactions, Earth Sciences” jurnalının yeni nömrəsi çapdan çıxıb

news photo

12.09.2019 16:00 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin “ANAS Transactions, Earth Sciences” jurnalının yeni nömrəsi çapdan çıxıb.

AMEA-dan Youthportal.az-a bildirilib ki, Geologiya və Geofizika İnstitutunda nəşr olunan jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Jurnalın bu sayında geologiya, geofizika və coğrafiya elmlərinə aid “Cənubi Xəzər hövzəsinin şimal-qərb cinahında karbohidrogenlərin izotop-geokimyəvi səciyyəsi”, “Təhlükəli atmosfer hadisələri: yeni fiziki-riyazi yanaşma”, “Arxeogeofiziki üsulların Alxantəpə arxeoloji abidəsi ərazisində tətbiqinin nəticələri”, “Daşgil palçıq vulkanının səthə yaxın strukturunun 3D geofiziki modeli”, “Xəzər dənizinin mövsümi səviyyə dəyişilmələrinin xüsusiyyətləri” və “Transkontinental dəmiryolu dəhlizlərinin Azərbaycanın geosiyasi və iqtisadi şəraitinə təsiri” məqalələri yer alıb.

Qeyd edək ki, 1958-ci ildən nəşr olunan jurnalı onlayn versiyada www.journalesgia.com saytından Azərbaycan, rus və ingilis dillərində oxumaq mümkündür. Jurnal Avrasiya, Şimali və Cənubi Amerika, Avstraliya, Şimali və Cənubi Afrika da daxil olmaqla dünyanın 90 ölkəsini əhatə edir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi