Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA və Monpelye Universitetinin elan etdiyi müsabiqənin vaxtı uzadılıb

news photo

22.07.2019 16:00 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş əsasında birgə doktorantura proqramı çərçivəsində elan olunmuş müsabiqənin vaxtı iyulun 29-dək uzadılıb.

Akademiyadan Youthportal.az-a bildirilib ki, seçilmiş namizədlər həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcəklər. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Müraciətlər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul olunur. Sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq əlaqələr idarəsinə müraciət edilə bilər.

Digər xəbərlər

Xəbər lenti

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi