Ru
Bakı
USD
EUR
GBP
RUB

AMEA Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsini elan edir

news photo

25.04.2019 12:50 // Təhsil

D.Mendeleyevin Dövri cədvəlinin yaradılmasının 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsini elan edir.

Youthportal.az Akamediyaya istinadla xəbər verir ki, müsabiqədə AMEA-nın həqiqi və müxbir üzvləri, habelə Azərbaycan Respublikasının elmi və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən və yaşı 35-dək olan gənc kimyaçılar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlər 2019-cu il mayın 25-dək AMEA-nın Kimya Elmləri Bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, 4-cü mərtəbə, 403-cü otaq) təqdim edilməlidir:

- AMEA prezidentinin adına ərizə;

- Namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat) və ya elmi şuranın protokolundan çıxarış;

- elmi əsərlərin təsdiq olunmuş siyahısı;

- elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;

- şəxsi məlumatlar (CV).

Qaliblərin mükafatlandırılması, onların hər birinə müvafiq diplom verilməklə aşağıda qeyd edilən məbləğdə olacaq:

I yer – 1000 manat;

II yer – 700 manat;

III yer – 500 manat.

Əlavə məlumat üçün AMEA-nın Kimya Elmləri Bölməsinə müraciət etmək olar.

Tel.: (+994 12) 492 15 56; e-mail: keb-chemistry@rambler.ru

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi