Ru
Bakı
USD
EUR
GBP
RUB

"Amazon" "Microsoft"u geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub

news photo

08.01.2019 11:22 // Dünyada

Amerikanın internet vasitəsi ilə məhsul və xidmət satışı həyata keçirən "Amazon" şirkəti hərracların nəticələrinə görə bütün rəqiblərini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.

Youthportal.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Bildirilir ki, ticarət sessiyası ərzində onun səhmləri 2,7 faiz artıb və bu səbəbdən şirkətin kapitallaşması 797 milyard dollar göstəricisinə çatıb. "Microsoft" şirkətində analoji göstərici 784 mlrd. dollar təşkil edib. Siyahıda üçüncü yeri 740 mlrd. dollarkapitallaşma ilə "Alphabet" şirkəti tutub.

Maraqlıdır ki, liderlər arasında bu yaxınlarda birincilik uğrunda mübarizə aparan "Apple" şirkəti yoxdur.

Sentyabrın 5-də “Amazon”un bazar dəyəri ilk dəfə 1 trln. dolları keçmişdi.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi