Ru
Bakı
USD
EUR
GBP
RUB

“Alüminium” VI Beynəlxalq Müasir İncəsənət Biennalesinin növbəti məkanı “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu olub

news photo

22.11.2019 17:04 // Cəmiyyət

Xəbər verdiyimiz kimi, noyabrın 21-də Muzey Mərkəzində “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirildi.

Youthportal.az xəbər verir ki, tədbirlərin davamı olaraq, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə gürcü rəssamlarının performansı keçirilib. Azərbaycanda artıq altıncı dəfə keçirilən layihədə iştirak edən 17 ölkədən 40-dək rəssam  əvvəlcə qoruğu ziyarət edib daha sonra isə müxtəlif performans və instaliyasiyalar ilə tanış olublar.  

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Gürcüstanlı rəssam Zaira Nadirashvilli performans nümayiş etdirib.  Norveçdən olan iştirakçı Eli Gladerin video və Katarzyna Podqoska Qlontinin istaliyasiyaları tamaşaçıların marağına səbəb olub.

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi noyabrın 25-dək davam edəcək. Layihə üzrə müxtəlif məkanlarda sərgilər, təqdimatlar təşkil olunacaq.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi