Ru
Bakı
USD
EUR
GBP
RUB

“Almaz” nümayiş ediləcək (FOTO)

news photo

24.05.2019 18:00 // Cəmiyyət

Mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

Youthportal.az xəbər verir ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunu Əməkdar artist Məsmə Aslanqızı canlandıracaq.

Digər rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov , Kazım Abdullayev, Aslan Şirin , Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova, Mətləb Abdullayev, Vüsal Məmmədov və Ənvər Məmmədli ifa edəcək.

Qeyd edək ki, C. Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi