Ru
Bakı
USD
EUR
GBP
RUB

Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində qonaq olub (FOTO)g

news photo

19.04.2019 10:27 // Cəmiyyət

Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti 17 aprel tarixində Azərbaycanda kiçik və orta sahibkarlıq mövzusunun araşdırılması məqsədilə "Ulduz" Şokolad Fabrikinə səfər edib.

Youthportal.az xəbər verir ki, fabrikdə baş tutan görüşün məqsədi Azərbaycan Dövlət İqtisad Universiteti ilə Siegen Universiteti arasında tələbə və təhsil təcrübəsinin mübadiləsini nəzərdə tutan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsinə dəstək göstərmək olub.

Tədbirin açılışını edən “Ulduz” Şokolad Fabrikinin İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri Afaq İbrahimova qonaqları salamlayaraq, onlara və İqtisad Universitetinin nümayəndələrinə sözügedən mövzunun araşdırılması üçün məhz Ulduz Şokolad Fabrikini seçdiklərinə görə təşəkkürlərini bildirib. Ardınca fabrikin tarixi, fabrikdə istehsal olunan məhsullar və s. haqqında qonaqlara ətraflı məlumat verilib, daha sonra isə onlara istehsalat sahəsi göstərilib. İstehsal prosesini yaxından, həmçinin ilkin mərhələdən sona qədər müşahidə edə bilən alman qonaqlar proseslərin standartlara uyğunluğundan, eyni zamanda şəffaflığından duyduqları heyranlığı gizlətməyiblər. İnteraktiv şəkildə keçən görüşdə tələbə və müəllimlərin istehsalat, məhsulların hazırlanması, dadım prosesi və s. kimi sualları ətraflı şəkildə cavablandırılıb.

Görüşün davamında Siegen Universitetinin Ailə Biznesi və Sahibkarlıq Kafedrasının müdiri Petra Mug, həmçinin ADİU-nun Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Afət Ələkbərova fabrikə universitet və tələbələr adından təşəkkürlərini bildirib, məlumatlandırma tədbirinin yüksək səviyyədə təşkil olunduğuna görə xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib, onlara "Ulduz" Şokolad Fabriki adından hədiyyələr təqdim olunub.

Qeyd olunmalıdır ki, "Ulduz" Şokolad Fabrikində “açıq qapı” siyasəti həyata keçirilir və maraqlanan hər kəs, fərdi və ya qrup şəklində fabrikə səfər edə, istehsalat prosesini yaxından görə bilər.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi