Ru
Bakı
USD
EUR
GBP
RUB

Almaniyanın “Lilium” startapı pilotsuz uçan taksinin prototipini təqdim edib

news photo

17.05.2019 16:13 // Cəmiyyət

Almaniyanın “Lilium” startapı beş yerlik pilotsuz uçan taksinin prototipini təqdim edib.

Youthportal.az BBC telekanalına istinadla xəbər verir ki, kompaniya nümayəndəsinin sözlərinə görə, bu yaxınlarda prototipin ilk sınaqları baş tutub: pilotsuz taksi müstəqil şəkildə havaya qalxıb, havada qalıb və yerə enib. Aparat 36 elektrik mühərriki vasitəsilə hərəkətə gəlir. Bir enerji ehtiyatı bir saat uçmağa imkan verir ki, taksi bu müddət ərzində təxminən 300 kilometr məsafə qət edə bilir.

İndiyə qədər bir neçə kompaniya oxşar aparatları sınaqdan keçirsə də, onlardan heç biri göyərtəsinə ikidən çox insan götürə bilməyib.

Aerotaksi bundan sonra yeni uçuş sınaqları keçirməlidir. “Lilium” 20-ci illərin ortalarınadək modelin kütləvi istehsalına başlamağı planlaşdırır.

Müstəqil uçan taksilər artıq Avropanın “Airbus”, ABŞ-ın “Uber” və bir sıra digər kompaniyalar tərəfindən test edilir. Bu nəqliyyat vasitəsinin tərəfdarları onun şəhər əhalisinin işini asanlaşdıracağını və ətraf mühitin çirklənmə səviyyəsini azaldacağını iddia edirlər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi