Ru
Bakı
USD
EUR
GBP
RUB

Almaniyada informasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi keçiriləcək

news photo

20.09.2019 19:59 // Təhsil

Oktyabrın 8-10-da Almaniyanın Nürenberq şəhərində “it-sa 2019” informasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi keçiriləcək.

Youthportal.az ict.az saytına istinadla xəbər verir ki, əvvəllər “Münxen Security Forum” çərçivəsində təşkil olunan “it-sa” 2009-cu ildən Nürenberqin Sərgi Mərkəzində müstəqil olaraq keçirilir. Bu gün “it-sa” dünyada informasiya təhlükəsizliyi üzrə keçirilən əsas sərgilərdən biri hesab edilir.

Tədbirin əsas müzakirə mövzularına informasiya təhlükəsizliyinin bütün spektrləri, o cümlədən sənaye informasiya təhlükəsizliyi və məlumatların işlənməsi mərkəzləri üçün fiziki müdafiəyə dair atılan addımlar daxildir.

Tədbirin “Congress@it-sa” proqramında biliklərin praktiki ötürülməsinə xüsusi diqqət ayrılacaq. Tədbir, həmçinin ilk dəfə olaraq EICAR beynəlxalq konfransı üçün platforma olacaq.

Qeyd edək ki, sərginin 2018-ci ildə keçirilən 10-cu yubileyində 27 ölkədən 696 eksponent nümayiş olunub və 50-dən çox ölkədən 14 min 290 mütəxəssis iştirak edib.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi