Ru
Bakı
USD
EUR
GBP
RUB

Almaniya yığmasının ən yaxşı futbolçusu müəyyənləşib

news photo

06.01.2019 11:51 // İdman

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Röys 2018-ci ildə Almaniyanın ən yaxşı futbolçusu sayılıb. 

Youthportal.az xəbər verir ki, bu, Almaniya Futbol İttifaqının rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğu nəticəsində məlum olub.

29 yaşlı oyunçu 89928 (33,9 faiz) səs toplayıb. O, "Bavariya"nın müdafiəçisi Coşua Kimmix (31 faiz) və İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Leroy Saneni (10,3 faiz) üstələyib. 

Röys 2018-ci ildə Bundestimin 13 oyunundan 8-də iştirak edib. Təcrübəli futbolçu 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. 

Qeyd edək ki, ötən il Almaniya millisi Rusiyadakı mundialda favorit sayılsa da, qrup mərhələsini adlaya bilməyərək son dünya çempionu titulunu qoruya bilməyib. Daha sonra bu komanda UEFA Millətlər Liqasında A Liqasını son pillədə bitirərək aşağı liqaya enib. 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi