Ru
Bakı
USD
EUR
GBP
RUB

Alimlər erkən ölümlərin səbəbini ət yeməkləri ilə əlaqələndirirlər

news photo

30.04.2018 15:31 // Dünyada

Əgər insanlar ətdən imtina etsəydilər, erkən ölümlərin ən azı üçdə birindən qaçmaq mümkün olardı.

Youthportal  "RİA Novosti"yə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Harvard universitetinin Epidemiologiya və Qidalanma sahəsi üzrə tibb məktəbinin professoru Uolter Uillet çıxış edib.

Onun sözlərinə görə, sağlam qidalanma bitki qidasına əsaslandırılmalıdır. Bu halda ətdən birdəfəlik imtina etmək tamamilə vacib deyil. "Sağlam qidalanma praktik olaraq hər şeyin riskini aşağı salır", - deyə professor əminliklə vurğulayıb.

Oxşar fikri tibbə məsul olan komitənin prezidenti doktor Nil Barnard da bölüşüb.

"İnsanlar hesab edirlər ki, sağlam qidalanma onlara ciddi effekt göstərir, vegeterian pəhrizi isə sadəcə çəkini bir az azaltmağa kömək edir. Amma nə vaxt ki, belə pəhrizlər düzgün təşkil edilir, onlar çox təsirli ola bilərlər", - deyə o bildirib.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi