Ru
Bakı
USD
EUR
GBP
RUB

Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər

news photo

18.01.2019 09:33 // Dünyada

"Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu xəbərdarlıqla Peterburq Dövlət Universitetinin alimləri çıxış ediblər.

Universitetin mütəxəssisləri bildiriblər ki, asteroidi Yer kürəsi ilə toqquşa bilər. Alimlərin sözlərinə görə, asteroid artıq 2029-cu ildə planetimizin təbii peyki olan Ayla məsafədən 10 dəfə yaxın olacaq.

Asteroidin Yer kürəsi ilə dəqiq təyin edilmiş ən sıx yaxınlaşması 13 aprel 2029-cu ildə baş tutacaq. Məlumata görə, həmin vaxt planetimizlə səma cismi arasında məsafə cəmi 38 min kilometrolacaq.

Qeyd edək ki, bu asteroidə qədim Misirin şər və dağıtma "Allahı"nın şərəfinə "Apofis" adı verilib. 

Daha əvvəl NASA başqa bir asteroidin ətrafına tədqiqat peyki çıxarıb.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi