Ru
Bakı
USD
EUR
GBP
RUB

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb

news photo

15.08.2019 15:22 // Təhsil

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən Youthportal.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər (həmçinin subbakalavrlar) avqustun 15-dən 27-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi