Ru
Bakı
USD
EUR
GBP
RUB

Akrobatika və idman gimnastikası üzrə ölkə birinciliyi keçiriləcək

news photo

03.06.2019 14:47 // İdman

İyunun 8-9-da Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı ölkə birinciliyi və paytaxt çempionatı təşkil olunacaq.

Youthportal.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, iki gün davam edəcək yarışa idman gimnastları start verəcəklər. İştirakçılar yarışlar ərzində böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kiçiklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Akrobatlar isə yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında yarışacaqlar.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçi” klubları, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edəcək.

Yarışa biletləri arenanın kassasından, “Gənclik Mall” alış-veriş mərkəzindən, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə etmək mümkündür. Biletlərin qiyməti 5 manat təşkil edir. Hər iki günə bilet alan tamaşaçıları isə xüsusi endirimlər gözləyir.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi