Ru
Bakı
USD
EUR
GBP
RUB

Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin layihəsi birinci yerə layiq görülüb

news photo

20.02.2019 13:57 // Təhsil

“Sabahın alimləri“ VIII Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə birinci yerə akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Vaqif Məmmədzadə və Selcan Nurullayeva layiq görülüblər.

Layihə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun rəhbərliyi altında yerinə yetirilib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, onlar “İnsan genomunda ikiistiqamətli promotorlar” layihəsinə görə bu mükafatla təltif olunublar.

“Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin AMEA-nın alimlərinin rəhbərliyi altında yerinə yetirilməsi istedadlı şagirdlərdə elmə marağın yaradılması üçün böyük əhəmiyyətə malikdir.

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi