Ru
Bakı
USD
EUR
GBP
RUB

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib

news photo

09.10.2019 15:59 // Təhsil

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan tədbir keçirilib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, akademik Möhsün Nağısoylu Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

Möhsün Nağısoylu bildirib ki, Məmməd Cəfər Cəfərov Azərbaycan elmində görkəmli nəzəriyyəçi alim kimi qəbul edilib. Ölkəmizdə ədəbiyyatın digər sahələrinin inkişafında onun çox böyük xidmətləri olub. Akademikin Azərbaycan dili ilə bağlı dəyərli fikirləri var. O, fars və ərəb dillərindən alınmaları təbii hal kimi qiymətləndirib. Universal təfəkkürə malik alim professional ədəbiyyatşünaslığın qüdrətli yaradıcılarından biridir. Onun yaradıcılığında ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid aparıcı istiqamətlərdir. Alimin üçcildlik “XIX əsr rus ədəbiyyatı tarixi” (1970, 1974) kitabları Azərbaycanda rus ədəbiyyatı ilə bağlı qələmə alınmış ən sanballı elmi əsərlər sayılır.

Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlının məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, ədəbiyyat tariximizin öyrənilməsində Məmməd Cəfər Cəfərovun əvəzedilməz xidmətləri var. Onun Nizami Gəncəvidən, Məhəmməd Füzulidən başlayaraq Hüseyn Cavidə, Səməd Vurğuna qədər söz sərrafları haqqında apardığı tədqiqatlar ədəbiyyat tariximizin öyrənilməsində böyük əhəmiyyət daşıyır. “Klassiklərimiz haqqında”, “Seçilmiş əsərlər”, “Həyatın romantikası”, “Cəlil Məmmədquluzadə”, “Əntiqə adamlar”, “XIX əsr rus ədəbiyyatı”, “Sənət yollarında”, “M.F.Axundovun ədəbi-tənqidi görüşləri”, “Səni kim unudar” və “Məmməd Cəfər. Biblioqrafiya” kitablarının müəllifidir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi